Rusiya tezliklə MDB-də müşahidəçi üzv statusuna namizədlərlə bağlı müzakirələrə başlamağı təklif edir
Moskva, 23 yanvar, AZƏRTAC
Rusiya tezliklə MDB-də müşahidəçi üzv statusuna namizədlərlə bağlı müzakirələrə başlamağı təklif edir.
AZƏRTAC xəbər verir ki, bu təkliflə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin MDB ölkələrinin daimi səlahiyyətli nümayəndələrinin iclasında çıxış edib.
O bildirib ki, MDB-nin Bişkekdə keçirilmiş sammitində təşkilatın nəzdində müşahidəçi və tərəfdaş statusunun təsisi üçün hüquqi baza yaradılıb.
Diplomat yaxın vaxtlarda müşahidəçi statusuna potensial namizədlərin və digər prosedur məsələlərinin ekspertlər səviyyəsində müzakirəsinə başlanılması təklifini də irəli sürüb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva