RUSİYA-TÜRKMƏNİSTAN DANIŞIQLARI YENİDƏN NƏTİCƏSİZ BAŞA ÇATMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Rusiyanın “Qazprom” şirkətinin rəhbəri Aleksey Millerin Rusiyaya təbii qazın satışı ilə bağlı Türkmənistan Prezidenti Saparmurad Niyazovla danışıqları yenidən nəticəsiz başa çatmışdır. Rusiya tərəfi bu ilin ikinci yarısı üçün alacağı 25 milyard kubmetr, 2007-ci ildə isə 70 milyard kubmetr təbii qazın hər min kubmetrini yenidən 65 dollara almaqda israrlı olduğunu bildirmişdir.
Türkmənistan Prezidenti isə təbii qazın hər min kubmetri üçün 100 dollar təklif etmişdir. Dövlət başçısının sözlərinə görə bu, 2003-cü ildə təbii qazın satışı ilə bağlı Rusiya ilə Türkmənistan arasında imzalanmış 25 illik müqavilənin şərtlərinə uyğundur.
Görüşdə bildirilmişdir ki, əgər iki ay ərzində Türkmənistan tərəfinin şərtlərinə uyğun müqavilə imzalanmazsa, sentyabrın əvvəlindən Rusiyaya təbii qazın nəqli dayandırılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:16]
Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib
- 13.10.2026 [19:27]
Laos Prezidenti Milli Məclisdə olub
- 13.10.2026 [17:33]
QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var
- 13.10.2026 [16:47]