RUSİYADA “İSGƏNDƏR” TAKTİKİ RAKET KOMPLEKSİ YARADILMIŞDIR
Hazırda yeni kompleksin dövlət sınaqları başa çatdırılmış və onun alınması gələn il üçün planlaşdırılmışdır. Bunu Rusiyanın müdafiə naziri Sergey İvanov Prezident Vladimir Putinlə görüşündə açıqlamışdır.
Nazir demişdir ki, uçuş mənzili 300 kilometr olan “İsgəndər” kompleksi son dərəcə dəqiq taktiki kompleksdir. Raket briqadası bu silahla təchiz ediləcəkdir.
Rusiya KİV-ləri Müdafiə Nazirliyinə istinadla bildirirlər ki, “İsgəndər” əməliyyat-taktiki kompleksi düşmənin hədəflərini uzaq məsafədən vurmaq üçün nəzərdə tutulmuşdur. Onun döyüş başlığı həm fuqas, həm də nüvə döyüş hissəsi ilə təchiz edilə bilər. Kompleksin mühüm xüsusiyyəti bundan ibarətdir ki, “İsgəndər”in aviabazası, ondan əvvəlki “Toçka U” kompleksi kimi bir deyil, iki raket daşıyır. Bundan başqa, atəşin açılması əməliyyatı həm məsafədən, həm də bilavasitə kabinədən həyata keçirilə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:58]
İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]