Rusiyada “Teleqram” mesencerinin işində problemlər yaranıb
Bakı, 24 iyun, AZƏRTAC
Rusiyanın bir neçə şəhərində və vilayətində “Teleqram” mesencerinin işində problemlər yaranıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “DownRadar” servisinin məlumatında deyilir.
Məlumata görə, “Teleqram” mesencerinin işində problemlər Moskva və Sankt-Peterburq şəhərlərində, həmçinin Volqoqrad, Voronej, Çelyabinsk, Nijeqorod vilayətlərində və Perm diyarında qeydə alınıb.
Mesencer Ukrayna ərazisində, xüsusən də Xarkov vilayətində və Kiyevdə fasilələrlə işləyir.
Bir müddət öncə Rusiya mediası kiberhücum səbəbindən “Rosbank”ın saytında və tətbiqində də problemlər yaşandığı barədə məlumat yayılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [22:08]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [21:10]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]