Rusiyadan Avropaya neft ixracı on dəfə azalıb
Bakı, 27 dekabr, AZƏRTAC
Rusiya 2023-cü ilin sonunadək Avropaya ümumi ixracın yalnız 4-5 faizinədək neft və neft məhsulları tədarük edəcək.
AZƏRTAC xəbər verir ki, Rusiya Baş nazirinin müavini Aleksandr Novak bu barədə Rossiya-24 telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, əgər əvvəllər Avropaya ümumi ixracın təxminən 40-45 faizinədək neft və neft məhsulları ixrac edilirdisə, ilin sonunda bu göstərici 4-5 faizdən çox olmayacaq. Bu isə təqribən on dəfə azalma deməkdir.
Aleksandr Novak hazırda Rusiyanın neft bazarında əsas tərəfdaşlarının tədarüklərini təxminən 45-50 faizədək artıran Çin və Hindistan olduğunu bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [12:57]
“Samsung” rüblük əməliyyat gəlirlərindəki rekordunu yeniləyib
- 08.10.2026 [12:22]
Fransa: Marin Lö Penin 140 milyard avroluq qənaət planı tənqid olunub
- 08.10.2026 [12:04]
Pakistanda 9 terrorçu zərərsizləşdirilib
- 08.10.2026 [11:48]