RUSİYANIN AZƏRBAYCANA YENİ TƏYİN EDİLMİŞ SƏFİRİNİN ŞƏRƏFİNƏ QƏBUL
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu həmkarına ölkəmizdə uğurlu fəaliyyət arzulamışdır. Hər iki səfirin və səfirliyin sıx əlaqədə və qarşılıqlı fəaliyyət şəraitdə işləmək, ölkələrimiz arasında münasibətlərin dinamik inkişafı və möhkəmlənməsi üçün hər şey etmək arzusu ifadə olunmuşdur.
P.Bülbüloğlu demişdir: “Ölkələrimiz arasında strateji tərəfdaşlığı, əmtəə dövriyyəsinin artdığını, habelə iki ildən çoxdur Rusiyanın Azərbaycanda səfiri olmadığını nəzərə alaraq, biz cənab İstratova onun Bakıya getməsindən məmnunluq duyduğumuzu bildirdik. Qeyd etməliyəm ki, Vasili İstratov ölkəmizə xeyirxah münasibət bəsləyir, müasir Azərbaycanın tarixi haqqında çox materiallarla tanış olmuşdur və Bakıya hazırlıqlı gedir. İstratov peşəkar diplomatdır və onun Azərbaycanda fəaliyyətinin uğurlu olacağını söyləməyə əsas var”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [09:12]
Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın inkişafı müzakirə olunub
- 15.10.2026 [08:46]
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
- 14.10.2026 [19:29]
Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib
- 14.10.2026 [18:20]
Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir
- 14.10.2026 [17:59]