Rusiyanın Bryansk vilayətində vurulan PUA-nın qalıqları inzibati binada yanğına səbəb olub
Bakı, 30 avqust, AZƏRTAC
Rusiya hava hücumundan müdafiə sistemləri Bryansk səmasında pilotsuz uçuş aparatını (PUA) vurub, onun düşməsi nəticəsində inzibati bina yanıb.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bu barədə Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz özünün teleqram kanalında bildirib.
"Rusiya Federasiyası Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri ukraynalı terrorçuların hücumunu dayandırıb. Bryanskın Sovetski rayonu səmasında pilotsuz uçuş aparatı vurulub", - deyə region rəhbəri yazıb.
Onun sözlərinə görə, dronun düşməsindən sonra dam qismən zədələnib, inzibati binanın şüşələri sınıb, yanğın baş verib.
Boqomaz bildirib ki, itki yoxdur, operativ və təcili yardım xidmətləri hadisə yerində işləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [22:08]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [21:10]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]