Rusiyanın kosmik yük gəmisi Beynəlxalq Kosmik Stansiyaya 3 ton yük çatdırıb
Bakı, 17 fevral, AZƏRTAC
Rusiyanın robotlaşdırılmış “Progress 87” kosmik yük gəmisi bu gün səhər saatlarında Beynəlxalq Kosmik Stansiyaya təxminən 3 tona yaxın yük çatdırıb.
AZƏRTAC Space.com saytına istinadla xəbər verir ki, stansiyaya göndərilən yükə astronavtlar üçün yanacaq, qida və gələcək elmi kəşflər üçün zəruri materiallar daxildir.
“Progress 87” kosmik yük gəmisi fevralın 14-də “Soyuz” raketi vasitəsilə Qazaxıstanın “Baykonur” kosmodromundan fəzaya buraxılıb.
Qeyd edək ki, fevralın 22-də “SpaceX” kompaniyasının “Crew-8” kosmik gəmisi “NASA Commercial Crew Program” proqramı çərçivəsində BKS-də dörd astronavtı əvəzləyəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:58]
İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]