Rusiyanın regionları genişmiqyaslı PUA hücumlarına məruz qalıb



Moskva, 15 aprel, AZƏRTAC
Aprelin 15-nə keçən gecə Rusiyanın regionlarına 115 ədəd pilotsuz uçuş aparatı (PUA) ilə hücumlar edilib.
AZƏRTAC xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Kursk vilayəti səmasında Ukraynaya məxsus 109 pilotsuz uçuş aparatı məhv edilib. Hücum nəticəsində 85 yaşlı qadın ölüb, daha 9 nəfər yaralanıb.
Regional hakimiyyət orqanları yanğınların çoxmərtəbəli yaşayış binalarında baş verdiyini təsdiqləyib. Üç evin sakinləri müvəqqəti məskunlaşma mərkəzlərinə təxliyə edilib, 11 təcili yardım maşınına ziyan dəyib.
Regionların hakimiyyət orqanları Vespremsk küçəsinə düşən pilotsuz uçuş aparatının qəlpələrlə təchiz olunduğunu iddia edirlər.
Voronej vilayəti üzərində üç, Moskva, Bryansk və Oryol vilayətlərində bir pilotsuz uçuş aparatı vurulub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.04.2025 [22:52]
ABŞ-da universitetdə atışma olub, ölən və yaralananlar var
- 17.04.2025 [17:57]
Əlcəzair Fransaya qarşı yeni tədbirlər görməyi planlaşdırır
- 17.04.2025 [17:43]
Astanada kafedə 20 nəfər zəhərlənib, aralarında uşaqlar da var
- 17.04.2025 [17:19]
Moldova parlamenti seçkilərin sentyabrın 28-də keçirilməsinə səs verib
- 17.04.2025 [16:48]