“Ryanair” çoxsaylı endirimlər verdiyi üçün bonus proqramını ləğv edib
London, 1 dekabr, AZƏRTAC
Avropanın ən böyük ucuz aviaşirkətlərindən biri olan “Ryanair” cəmi səkkiz ay ərzində üzvlərə 5,2 milyon funt sterlinqdən çox endirim təqdim etdikdən sonra öz abunəlikəsaslı müştəri bonus proqramını ləğv etdiyini açıqlayıb.
AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, şirkətin bəyanatına görə, proqram sınaq dövründən sonra bağlanır. “Ryanair” bu il mart ayında tez-tez uçan sərnişinlər üçün “Ryanair Prime” adlı eksklüziv endirim proqramını təqdim etmişdi. İllik 79 funt dəyərində olan bu abunəlik istifadəçilərə pulsuz oturacaq seçimi, pulsuz səyahət sığortası, hər ay eksklüziv endirim kampaniyalarına çıxış, “Prime” tarifləri ilə limitsiz sayda uçuş bron etmək imkanı, xüsusi endirim kampaniyaları ilə bağlı mütəmadi e-mail bildirişləri kimi bir sıra üstünlüklər verirdi.
Bildirilib ki, artıq yeni istifadəçilər “Prime” proqramına qoşula bilməyəcəklər. Hazırda mövcud olan 55 min “Prime” üzvü isə gələn ilin oktyabrınadək aylıq eksklüziv endirimli uçuş kampaniyalarından yararlanmağa davam edəcək.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]
Fransanın dövlət borcu rekord həddə çata bilər
- 21.09.2026 [11:53]
ABŞ-də dizelin qiyməti ilk dəfə 6,50 dolları keçib
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]