RZA PƏHLƏVİ BELÇİKA ŞAHZADƏSİNİN XAÇ ATASI OLACAQMI?
AZƏRTAC-ın “Novosti” agentliyinə istinadla verdiyi xəbərə görə, müsəlman - keçmiş İran şahının oğlu Rza Pəhləvi Belçika şahzadəsi Luizanın xaç atası ola bilər.
Şahzadə Luiza Belçika kralı ikinci Albertin oğlu şahzadə Loranın qızıdır. Belçika mətbuatı yazır ki, şahzadə qızın xaç atası Loranın dostu 43 yaşlı Rza Pəhləvi də ola bilər.
Rza Pəhləvi keçmiş təyyarəçi, iki uşaq atasıdır. 25 il əvvəl atası İrandan qovulandan sonra ailəsi ilə birlikdə Vaşinqtonda yaşayır.