Saatlıda kənd məktəbinin şagirdi buraxılış imtahanında 300 bal toplayıb
Saatlı, 16 aprel, Aydın Yavərzadə, AZƏRTAC
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 10-da keçirilmiş buraxılış imtahanının nəticələrinə görə yüksək bal toplayan şagirdlərdən biri də Saatlı rayonunun Varxankənd məktəbinin şagirdidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Saatlı rayonu Ə.Şüküroğlu adına Varxankənd tam orta məktəbinin şagirdi Leyla Səfərova buraxılış imtahanında 300 bal toplamaqla, ən yüksək nəticə göstərən şagirdlərdəndir.
O, imtahanda yüksək nəticə göstərməsində müəllimlərinin rolunun böyük olduğunu bildirib: “Müəllimlərimə minnətdaram. Həm müəllimlərim, həm də məktəbin rəhbərliyi mənə daim dəstək olub. İmtahanda uğur qazanmaq üçün sistemli çalışmışam. Çalışırdım ki, həmişə vaxtımı düzgün bölüm, imtahana qədər mövzuları oxuyub bitirim. İmtahan nəticələri çıxanda çox həyəcanlı idim. Bu, mənim üçün çox gözəl nəticə oldu”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:58]
Tovuzda su kanalından kişi meyiti tapılıb
- 15.06.2026 [17:17]
Milli Qurtuluş Günü Qaxda silsilə tədbirlərlə qeyd olunub
- 15.06.2026 [16:12]
Milli Qurtuluş Günü Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır
- 15.06.2026 [14:27]
Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO
- 15.06.2026 [12:18]
Şamaxıda Milli Qurtuluş Günü qeyd olunub
- 15.06.2026 [12:09]
Kürdəmirdə Milli Qurtuluş Gününə həsr olunan konsert təşkil edilib VİDEO
- 15.06.2026 [10:36]
Qəbələdə 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib
- 15.06.2026 [10:00]