Sabah hava yağıntılı olacaq, bəzi yollar buz bağlayacaq VİDEO
Bakı, 10 fevral, AZƏRTAC
Azərbaycanda fevralın 11-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, 10-dan 11-nə keçən gecə və səhər bəzi yerlərdə sulu qar, qar yağacağı proqnozlaşdırılır. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-5 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 millimetr civə sütunundan 762 millimetr civə sütununa enəcək. Nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Gecə və səhər bəzi şəhərətrafı yolların buz bağlayacağı ehtimalı var.
Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman müşahidə ediləcək. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti, dağlarda gecə 5-10, yüksək dağlıq ərazilərdə 10-15, gündüz 0-5 dərəcə şaxta olacaq.
Bəzi yolların buz bağlayacağı ehtimalı var.