“Sabah” klubu “Səbail”ə böyük hesabla qalib gəlib
Bakı, 6 fevral, AZƏRTAC
“Sabah” - “Səbail” matçı ilə futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, turun son oyununda “Sabah” klubu böyük hesablı qələbə qazanıb - 4:0.
“Bank Respublika Arena”da oynanılan matçda qolları Davit Volkov (2 top), Coy Lens Mikels və Emmanuel Apeh vurublar.
Bu qələbədən sonra xallarının sayını 52-yə çatdıran “Sabah” turnir cədvəlinin ikinci pilləsindəki yerini möhkəmlədib. Sonuncu pillədə olan “Səbail”in isə aktivində 13 xal var.
Turun digər oyunlarında “Kəpəz” “Qarabağ”la (1:1), “Zirə” “Qəbələ” ilə (2:2) heç-heçə edib, “Neftçi” “Sumqayıt”ı öz meydanında (2:0), “Turan Tovuz” isə “Şamaxı”nı səfərdə (1:0) məğlub edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:36]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [20:07]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]