“Sabah”ın baş məşqçisi: İrlandiya klubu ilə oyunda bəxtimiz gətirmədi
Bakı, 15 avqust, AZƏRTAC
Komandamız əlindən gələn hər şeyi etdi. Təəssüflər olsun ki, bu dəfə də alınmadı.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Krunoslav Renduliç UEFA Konfrans Liqasının III təsnifat mərhələsində İrlandiyanın “Sent Patriks Atletik” komandasına 0:1 hesabı ilə məğlub olduqları görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib.
Xorvatiyalı mütəxəssis komandasının İrlandiya klubundan daha yaxşı çıxış etdiyini söyləyib: "Çox çalışdıq, bəzi situasiyalarda rəqibdən üstün olduq. Lakin bəxtimiz gətirmədi. İlk oyunda olduğu kimi, bu dəfə də qırmızı vərəqə aldıq. Belə turnirlərdə 10 nəfərlə mübarizə aparmaq çox çətindir. Məqsədimiz qrup mərhələsinə vəsiqə qazanmaq idi, amma işlər istədiyimiz kimi getmədi".
Qeyd edək ki, ilk görüşdə də minimal üstünlüklə qalib gələn “Sent Patriks” adını pley-off mərhələsinə yazdırıb. “Sabah” isə avrokuboklarla vidalaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]
Azərbaycan Kubokunda yeni mövsümə start verilir
- 07.10.2026 [10:13]
Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır
- 07.10.2026 [09:49]