“Sabah”ın keçmiş baş məşqçisi: Azərbaycana gedişim karyeramda yeni mərhələnin başlanğıcı oldu
Bakı, 10 iyul, AZƏRTAC
Azərbaycana gedişim karyeramda yeni mərhələnin başlanğıcı oldu.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Sabah” komandasının keçmiş baş məşqçisi Murad Musayev Rusiya mətbuatına müsahibəsində deyib.
Rusiyalı mütəxəssis Bakı klubunda keçirdiyi günləri xatırlayıb: “Azərbaycana gedəndə orada yeni ideyalar, emosiyalar və əla nəticələrlə dolu yeni şeylər sınamağa başladıq. İndi ölkənin aparıcı klublarından birinə çevrilən və Vasili Berezutskinin rəhbərliyi ilə kubok qazanaraq üçüncü dəfə avrokuboklara vəsiqə əldə edən “Sabah”da gördüyüm işlərə görə qürur duyuram. Bu kluba yeni baş məşqçi təyin olunduğum zaman komanda turnir cədvəlində sonuncu pillədə idi. Lakin mövsümün sonunda biz beşinci yeri tutduq. Növbəti mövsümdə isə hibrid sxemlərlə gözəl futbol oynayaraq gümüş medal qazandıq. Sözsüz ki, uğura gedən yol çətinliklərdən keçir. “Krasnodar”a qayıtmaq da asan olmadı. Yaxşı nəticə üçün bütün çətinliklərə dözməlisən”.
Qeyd edək ki, Murad Musayev 2021-2024-cü illərdə “Sabah”ın baş məşqçisi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [20:32]
“Qarabağ”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub
- 09.06.2026 [19:57]
Azərbaycanın U-21 millisi yoxlama oyununda Qırğızıstana uduzub
- 09.06.2026 [19:24]
Azərbaycanın U-20 millisi pakistanlı həmyaşıdlarına qalib gəlib
- 09.06.2026 [19:08]
Dünya çempionatı: Azərbaycanın çövkən millisi Çili ilə heç-heçə edib
- 09.06.2026 [18:40]
Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub
- 09.06.2026 [18:13]
Azərbaycanın U-17 yığması Qazaxıstana minimal hesabla uduzub
- 09.06.2026 [17:47]
DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR
- 09.06.2026 [17:16]