“Sabah”ın legioneri: Məqsədimiz Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazanmaqdır
Bakı, 14 avqust, AZƏRTAC
Komandamızda əhvali-ruhiyyə yüksək səviyyədədir.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Sabah”ın futbolçusu Pavol Şafranko UEFA Konfrans Liqasının III təsnifat mərhələsində İrlandiyanın “Sent Patriks Atletik” komandası ilə keçirəcəkləri görüşdən əvvəl təşkil olunan mətbuat konfransında deyib.
Slovakiyalı oyunçu komandanın məqsədinin Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazanmaq olduğunu bildirib: “Məşq və hazırlıqlarımız çox yaxşı keçir. Bir-birimizə inanırıq. Azarkeşlərimizlə birlikdə komandamızın qalib gəlməsi üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, “Sabah” – “Sent Patriks Atletik” qarşılaşması “Bank Respublika Arena”sında avqustun 15-də Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Komandalar arasında ilk oyun İrlandiya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]
Azərbaycan Kubokunda yeni mövsümə start verilir
- 07.10.2026 [10:13]
Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır
- 07.10.2026 [09:49]