SABİRABADDA HƏYƏTLƏRDƏKİ QRUNT SULARI KOLLEKTORLARA AXIDILIR
Sabirabad, 13 aprel (AZƏRTAC). Son 20 gündə Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsi bir metrədək artmışdır.
"Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyəti xətti ilə sahil bəndlərinin vaxtında möhkəmləndirilməsi sayəsində daşqın təhlükəsi azalsa da, sahilboyu ərazilərdə- Sabirabad şəhəri və rayonun bir sıra kəndlərində qrunt suları yer səthinə çıxaraq nisbətən çökəkdə yerləşən həyətlərə yığılmışdır.
Fövqəladə Hallar Nazirliyinin mobil qüvvələri hadisə yerində fasiləsiz rejimlə çalışır. Bu işlərə sakinlər də cəlb olunmuşlar. 10-dan çox su nasosu səfərbərliyə alınmışdır. Qrunt suları çəkilir və kollektorlara axıdılır.
Rayon fövqəladə hallar komissiyasının sədri Vəfadar Bağırovun verdiyi məlumata görə, az müddətdə 40-a yaxın həyət qrunt sularından təmizlənmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [13:23]
Sabahın hava proqnozu açıqlanıb
- 03.06.2026 [12:51]
Sabahın hava proqnozu açıqlanıb
- 02.06.2026 [15:32]
Emissiyalar yavaşladıqca, alimlər ən pis iqlim ssenarisindən imtina edirlər
- 02.06.2026 [12:48]
Sabah hava əsasən yağmursuz olacaq
- 01.06.2026 [17:00]