SABİRABADDA MİNDƏN ARTIQ İŞ YERİ AÇILIB
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, ötən il ümumi daxili məhsulda özəl bölmənin payı 97,4 faizə qədər yüksəlmişdir. Tərəvəz və süd emalı üzrə 9 müəssisə açılmışdır. 2 quşçuluq kompleksi işə düşmüş, 14 quşçuluq və inkubator müəssisəsi, mebel və şirniyyat istehsalı sexləri, 100-ə qədər içtimai-iaşə obyekti, 7 un dəyirmanı istifadəyə verilmişdir. Beləliklə, mindən artıq iş yeri yaradılmışdır.
Sabirabad Rayon İcra Hakimiyyəti bu yaxınlarda iş adamlarına müraciət edərək, onları rayonun iqtisadiiyaatına sərmayə yatırmağa çağırmışdır. İş adamlarının rayona marağı xeyli artmışdır.