SABİRABADDA ZƏMİLƏRDƏN BOL TAXIL YIĞILMIŞDIR
Sabirabad, 9 avqust (AZƏRTAC). Sabirabad rayonunda taxıl biçini uğurla başa çatmışdır.
Rayonun taxılçıları bu il 31103 hektar zəmidən rekord miqdarda- 114 min ton məhsul yığmışlar. Hər hektarın məhsuldarlığı 36,6 sentner olmuşdur. Sahibkarlar 4 min tona yaxın elit buğda toxumu da tədarük etmişlər.
Rayon icra hakimiyyətinin aqrar məsələlər şöbəsindən bildirmişlər ki, yüksək məhsul əldə edilməsində taxıl istehsalçılarına dövlət yardımı böyük rol oynamışdır.
Gələn ilin məhsulu üçün azı 35 min hektar sahəyə taxıl səpilməsi proqnozlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]