Sabunçu rayonunda “Coca-Cola məktəbli kuboku” yarışına yekun vurulub
Bakı, 20 aprel, AZƏRTAC
AFFA tərəfindən təşkil olunan “Coca-Cola məktəbli kuboku” yarışının Sabunçu rayonu üzrə final oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, final qarşılaşmasında 311 nömrəli tam orta məktəbinin komandası ilə 72 nömrəli tam orta məktəbin şagirdləri qarşılaşıb.
Rəqibini 4:1 hesabı ilə məğlub edən 72 nömrəli orta məktəbin komandası Sabunçu rayonu üzrə yarışın qalibi olub.