Sabunçu rayonunda əvvəllər məhkum olunmuş şəxsdən silah-sursat aşkarlanaraq götürülüb
Bakı, 14 fevral, AZƏRTAC
Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.İsmayılovdan “Makarov” markalı tapança və altı patron aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Hüseynov Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 446 qram marixuana aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.