Şagirdlər Xəzərin ekosistemi barədə məlumatlandırılıblar
Bakı, 21 fevral, AZƏRTAC
Şagirdlər Xəzərin ekosistemi barədə məlumatlandırılıblar.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, fevralın 21-də şirkətin Ekologiya İdarəsinin təşəbbüsü və Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin şagirdləri üçün “Ümumdünya Su Məməlilərinin Mühafizəsi Günü”nə həsr olunmuş açıq dərs keçirilib. Açıq dərsdə Ekologiya İdarəsinin əməkdaşları “Su Məməliləri” və “Xəzərin ekosistemi” mövzularında təqdimatlarla çıxış ediblər.
Bildirilib ki, müxtəlif təbiəti mühafizə qrupları və təşkilatları dünya ictimaiyyətinin diqqətini dəniz məməliləri və okeanlarda yaşayan canlıların mühafizəsinə yönəltmək məqsədilə 1986-cı ildən etibarən ənənəvi olaraq çoxsaylı aksiyalar keçirirlər. 200 il ərzində balinaların məhv edilməsindən sonra Beynəlxalq balinalar komissiyası onların ovlanmasına qadağa qoyub. Bu qadağa hələ də qüvvədədir və balina ətinin ticarəti qanunla qadağan edilib. Sonda lisey şagirdlərini maraqlandıran suallar cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]