Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şahbuz Şəhər Uşaq Bağçasının yeni binası istifadəyə verilib

Şahbuz, 25 iyun, AZƏRTAC

Bu gün Naxçıvan Muxtar Respublikasında gələcəyimiz olan uşaqların təlim-tərbiyəsinə, fiziki və mənəvi cəhətdən sağlam böyüməsinə xüsusi diqqət yetirilir. Son illər aparılan quruculuq işləri məktəbəqədər tərbiyə müəssisələrini də əhatə edib. Artıq muxtar respublikada yerləşən uşaq bağçaları müasir binalarda fəaliyyət göstərir. Şahbuz Şəhər Uşaq Bağçası üçün də yeni bina inşa olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyunun 25-də Şahbuz Şəhər Uşaq Bağçasının yeni binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.

Tədbirdə valideyn İntizar Məmmədova çıxış edərək deyib ki, muxtar respublikada aparılan abadlıq-quruculuq tədbirləri Şahbuz rayonunu da əhatə edib. Həyata keçirilən genişmiqyaslı quruculuq tədbirlərinin əsasını təhsil ocaqlarının, məktəbəqədər tərbiyə müəssisələrinin tikintisinin təşkil etməsi ölkəmizdə gələcəyimiz olan uşaqlara göstərilən qayğıdan xəbər verir. Şahbuz şəhərində bu cür yaraşıqlı və hərtərəfli şəraiti olan uşaq bağçasının istifadəyə verilməsi sakinlərin sevincinə səbəb olub. Çünki yaradılan bu şərait övladlarımızın düzgün tərbiyə almasına və sağlam böyüdülməsinə hesablanıb. İntizar Məmmədova göstərilən diqqət və qayğıya görə valideynlər adından minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şahbuz Şəhər Uşaq Bağçasının istifadəyə verilməsi münasibətilə tədbir iştirakçılarını, valideynləri və uşaqları təbrik edərək deyib: Bu gün ölkəmizdə ümummilli lider Heydər Əliyevin yolu uğurla davam etdirilir, bütün sahələrin inkişafına dövlət qayğısı göstərilir. Lakin uşaqlara və gənclərə göstərilən qayğı bu tədbirlər içərisində xüsusi yer tutur. Çünki uşaqlara qayğı gələcəyimizə göstərilən qayğıdır. Onların sağlam böyüməsi, yaxşı təhsil alması və əsl vətəndaş kimi yetişməsi ölkəmizin gələcəyinə xidmət edir. Bu gün Şahbuz Şəhər Uşaq Bağçasının istifadəyə verilməsi də bu tədbirlərin tərkib hissəsi kimi mühüm əhəmiyyətə malikdir.

Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Uşaqlara, onların təlim-tərbiyəsinə, təhsilinə qayğı bizim əsas borcumuzdur”. Bu gün ölkəmizdə, eləcə də muxtar respublikada məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinin gücləndirilməsi, müasir uşaq bağçalarının istifadəyə verilməsi Ulu Öndərin tövsiyələrinin yerinə yetirilməsinin daha bir ifadəsidir. Şahbuz Şəhər Uşaq Bağçası son illər muxtar respublikada istifadəyə verilən 17-ci məktəbəqədər təhsil müəssisəsidir. Burada 13 qrupda 242 uşaq təlim-tərbiyə alacaq, məktəbə hazırlıq kursları keçəcəklər. Bu da uşaqların gələcək məktəb illərində çətinlik çəkmədən təhsillərini davam etdirməsinə imkan verəcəkdir. Çünki uşaqların gələcəkdə məktəbdə yaxşı təhsil alması məktəbəqədər təhsilin düzgün təşkilindən asılıdır.

Ali Məclisin Sədri deyib: Uşaq bağçalarının yaradılması, onların fəaliyyətinin təmin olunması məktəbəqədər təhsilin düzgün təşkili ilə yanaşı, həm də ailələrə dəstəkdir. Valideynləri işləyən uşaqlar, eyni zamanda xüsusi qayğıya ehtiyacı olan ailələrdə böyüyən uşaqlar bağçada təlim-tərbiyə alır, onların məktəbəqədər tərbiyəsi düzgün təşkil olunur. Bu mənada bağçaların yaradılması və fəaliyyətinin təmin edilməsi həm də işləyən və xüsusi qayğıya ehtiyacı olan ailələrə göstərilən dövlət qayğısı kimi mühüm əhəmiyyət daşıyır. Ona görə də kollektiv uşaqların məktəbə hazırlığına, qidalanmasına və sağlamlığına xüsusi diqqət yetirməlidir.

Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin kollektiv tərəfindən uğurla yerinə yetiriləcəyinə əminliyi bildirib, açılışı bildirən lenti kəsib.

Məlumat verilib ki, 4 mərtəbədən ibarət olan uşaq bağçasında yataq və soyunub-geyinmə otaqları, yemək və oyun zalları, valideynlər üçün gözləmə otağı, tədbir¬lər zalı, yeməkxana, bufet, metodist və tibb otaqları, dərzi, anbar və camaşırxana vardır. Burada uşaqların təlim-tərbiyəsi ilə 25 tərbiyəçi-müəllim məşğul olur.

Bina ilə tanışlıq zamanı Ali Məclisin Sədri valideynlərlə görüşüb.

Valideynlərdən Növrəstə Xudiyeva, Aysel Seyidova və Sədayə Vəliyeva sakinlər adından minnətdarlıq ediblər.

Növrəstə Xudiyeva deyib: Bu gün müstəqil Azərbaycanın inkişafı hər bir sakini qürurlandırır. Bu inkişafın tərkib hissəsi kimi uşaqlara göstərilən qayğı isə valideynləri ikiqat sevindirir. Muxtar respublikada gələcəyimiz olan gənc nəsil dövlət qayğısı əhatəsindədir. Yeni bağçada uşaqların məktəbəqədər tərbiyəsi hərtərəfli təşkil olunacaqdır. Valideyn kimi bu qayğının müqabilində üzərimizə düşən məsuliyyəti dərk edirik. Çalışacağıq ki, xalqımıza, dövlətçiliyimizə sadiq layiqli vətəndaşlar yetişdirək.

Tədbirlər zalında uşaqlar şeir və mahnılar söyləyib, rəqs ediblər.

Ali Məclisin Sədri metodiki vəsaitlərdən düzgün istifadə olunması, uşaqların sağlamlığına və qidalanmasına ciddi nəzarət olunması, təmizliyə, gigiyenik tələblərə lazımi şəkildə əməl edilməsi barədə tapşırıqlar verib.

Bağçanın ətrafında abadlıq işləri görülüb, həyətdə oyun meydançası yaradılıb.

* * *

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şahbuz şəhərində aparılan abadlıq işləri ilə də tanış olub.

Bildirilib ki, Şahbuz şəhərində uşaq bağçası inşa olunarkən bir sıra abadlıq işləri də görülüb, şəhərin küçələrinə yeni görkəm verilib, işıqlandırma sistemləri yenilənib. Bu işlər çərçivəsində şəhərdəki soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə də yenidən qurulub, ətrafı abadlaşdırılaraq park salınıb.

Şahbuz şəhərində Bayraq Meydanı inşa olunur

Dövlət atributlarına hörmət və ehtiram ulu öndər Heydər Əliyevin xalqımıza ən böyük əmanətidir. Bu gün müstəqil Azərbaycanın üçrəngli bayrağına ölkəmizdə və muxtar respublikada xüsusi ehtiramla yanaşılır. Bu sahədə həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq Şahbuz şəhərində Bayraq Meydanı inşa olunur.

İyunun 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Bayraq Meydanının inşa olunacağı əraziyə baxıb.

Məlumat verilib ki, şəhərinin girişində inşa olunacaq Bayraq Meydanının ətrafında geniş abadlıq işləri görülüb, səkilər salınıb, piyada keçidləri qoyulubdur. Ərazi terraslara ayrılıb, milli ornamentlərin əks olunduğu memarlıq elementləri ilə dizayn edilib. Bayraq dirəyinin hündürlüyü postamentlə birlikdə 37 metr olacaqdır. Ətrafda müasir işıqlandırma sistemləri quraşdırılacaq, park salınacaq, sakinlərin mənalı istirahəti təşkil ediləcəkdir.

Ali Məclisin Sədri tikinti işlərinin layihə əsasında aparılması, ərazidə geniş yaşıllıq işlərinin görülməsi, Bayraq Meydanının ətrafında istirahət parkının salınması və ictimai iaşə obyektinin tikilməsi barədə tapşırıqlar verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

2026-2030-cu illərdə enerji səmərəliliyinə investisiyalar ildə 3,2 trilyon dollara çatdırılmalıdır - HESABAT

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib

"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək

Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı “ADEX 2026”da nümayiş etdirilir

Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı regionda yeni investisiya imkanları yaradır - ŞƏRH

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNİB VİDEO

Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub

Baş nazir Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycanın “Erkən hisslər” filmi Avstriyada beynəlxalq festivalda nümayiş olunacaq

Elektron pul köçürmələri ilə bağlı yeni qaydanın qüvvəyə minmə tarixi dəyişdirilib - YENİLƏNİB

Rusiya dizel ixracına qadağanın müddətini uzadıb

Azərbaycan istehsalı olan BARS kamikadze dronu ilk dəfə “ADEX 2026”da nümayiş etdirilir

Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir

® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı

Azərbaycan istehsalı olan KİQR 01, KİQR 02 və KİQR 03 ilk dəfə “ADEX 2026“da

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar

“ADEX 2026”da ilk dəfə nümayiş etdirilən hərbi texnika və silahlar məlum olub

“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir

Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub

Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib

İnformasiya Texnologiyaları İnstitutunun rəsmisi: “OpenAI” ilə əməkdaşlıq yeni imkanlar yaradacaq

Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda

Mustafa Mehmandarov: Üzeyir bəyin “Azərbaycan xalq musiqisinin əsasları” kitabı bu gün də misilsiz qaynaqdır

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub

BMU “ADEX 2026”da müdafiə sənayesi üçün əhəmiyyətli 11 elmi-tədqiqat nəticəsini təqdim edir

Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək

Payızın ilk “Ulduz”u

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər

“Həzrəti-Sultan” muzey-qoruğunun direktoru: Xoca Əhməd Yəsəvinin irsi türk xalqlarını ümumi mənəvi dəyərlər ətrafında birləşdirir

Statistika Şurasının iclasında Milli Statistika Sisteminin inkişaf istiqamətləri müzakirə olunub

Lixtenşteyn millisinin baş məşqçisi: Sabahkı oyunun favoriti Azərbaycan yığmasıdır

Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb

Azərbaycanın turizm brendi Brüssel sammitinin diqqət mərkəzində

“ASAN xidmət”in ixrac coğrafiyasına Karib ölkələri də daxil olub

Azərbaycan Ordusunun müasir silah və texnika ilə təminatı istiqamətində mühüm işlər həyata keçirilir - ŞƏRH

Qəbələnin turizm imkanları İstanbulda təqdim olunub

Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq

Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib

“Erkən hisslər” qısametrajlı filmi beynəlxalq festivalda mükafata layiq görülüb

bp “Mərkəzi Azəri” platformasında qazın yenidən laylara vurulma gücünü artırıb

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalanıb

Orta Dəhliz boyunca 14 terminal tikiləcək

Ankaradakı iclasda Azərbaycanda ixracın artırılmasında maliyyə alətlərinin rolundan danışılıb

Qırğızıstanda meşə sahəsi 500 min hektardan çox artıb

Hesablama Palatasında 2027-ci il dövlət büdcəsinin layihəsi müzakirə olunub

Dünya miqyasında məlumat mərkəzlərinin sayı 12 min 259-a yüksəlib

Selçuk Bayraktar: “TEXNOFEST” nəsli Türkiyənin inkişaf lokomotividir

“ADEX 2026”: Azərbaycanın hərbi sənaye potensialının dünyaya təqdimatı – ŞƏRH

Elmir Babayev: Gənc alimin elmi profili mütəmadi yenilənməli, tədqiqat maraqları aydın təqdim olunmalıdır

Hərbi qulluqçuların pensiya təminatı mexanizmi təkmilləşdirilir

“Aspides” missiyası Qırmızı dənizdə 260 gəminin mühafizə və müşayiət tələb etdiyini açıqlayıb

Daniyar Sadvakasov: Xoca Əhməd Yəsəvinin təlimi türk dilinin qorunmasında mühüm rol oynayıb

Bal arısının mikrosporidial xəstəliyinə qarşı bitki ekstraktlarının təsiri araşdırılacaq

Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb

Azərbaycanın müdafiə sənayesində nailiyyətləri hərbi-texniki potensialı gücləndirir – ŞƏRH

İnvestisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir

Aqrar Sığorta Fondu: Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin məzarı ziyarət olunub

Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib

Azərbaycanın və Gürcüstanın Ali məhkəmələri arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstan ali təhsildə təcrübə mübadiləsini genişləndirir

Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib

İlk IELTS cəhdində istədiyi nəticəni ala bilmədi, ikinci cəhddə 7.0 topladı - Dövlət Proqramının qalibi

Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir

Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub VİDEO

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub VİDEO

Bakı və Abşeronda fəaliyyət göstərən təsərrüfat subyektlərində aksizli malların dövriyyəsi ilə bağlı nöqsanlar aşkarlanıb

ARKA-da dövlət dəstəyi ilə istehsal ediləcək film layihələrinin pitçinqinin birinci mərhələsi reallaşıb

Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb

“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir

Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb

AYİB-in istiqrazları üzrə son kupon və nominal ödənişlər həyata keçiriləcək

Satınalmalarla bağlı yeni qayda tətbiq ediləcək

Azərbaycanın patronaj modeli beynəlxalq konqresdə I yerə layiq görülüb

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib VİDEO

Nəqliyyat dəhlizlərinin inteqrasiyası regional logistikanın səmərəliliyini artıracaq - ŞƏRH

Elmir Babayev: Tədqiqatçı əvvəlcə layihəsi üçün hansı dəstəyə ehtiyac olduğunu müəyyənləşdirməlidir

® Ödənişsiz “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na qeydiyyat başlayır