Şahbuz və Ordubada qar yağır VİDEO
Naxçıvan, 13 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası ərazisində qeyri-sabit hava şəraiti hökm sürür.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, muxtar respublikanın bəzi dağlıq ərazilərdə sulu qar və qar yağır, duman müşahidə olunur.
Hazırda Şahbuz və Ordubad rayonlarının yüksək dağlıq ərazilərinə qar yağır.
Müxbir- Nail Əsgərov