“Şahdağ” doğma meydanda “Zaqatala”nın müqavimətini qıra bilməyib
Qusar, 6 mart, Elxan Yusifli, AZƏRTAC
Martın 6-da futbol üzrə Azərbaycan birinci divizionunda XVI turun növbəti görüşləri keçirilib.
AZƏRTAC xəbər verir ki, Şövkət Orduxanov adına Qusar şəhər stadionunda yerli “Şahdağ” klubu “Zaqatala” komandası ilə qarşılaşıb. İki qolun vurulduğu görüş heç-heçə başa çatıb.
Gərgin keçən oyunun ilk hissəsində qapılara qol vurulmayıb. İkinci hissə başlayan kimi meydan sahibləri hesabı açıblar. Matçın 47-ci dəqiqəsində Sərxan Ağayev uzaq məsafədən vurduğu zərbə ilə yerli azarkeşləri sevindirib. Amma Zaqatala futbolçuları oyunun əsas vaxtının son dəqiqələrində bu qolun əvəzini çıxmağı bacarıblar. 88-ci dəqiqədə Oruc Balaşlı son nəticəni müəyyənləşdirən qolu qusarlıların qapısından keçirib. 1-1 hesabı ilə başa çatan matçdan sonra “Şahdağ” 16 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
XVI turun bu gün keçirilən digər görüşlərində “Göyəzən”-“Neftçala” 0-0, “Bakı”-“Qaradağ Lökbatan” 0-2, “Bakılı”-“Turan Tovuz” 2-1, “Ağsu”-“Şəmkir” 1-1, “Mil-Muğan”-MOİK 2-1, “Energetik”-“Şərurspor” 0-4 hesabları qeydə alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
- 15.10.2026 [11:10]
“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb
- 15.10.2026 [10:45]
Çempionlar Liqasında məhsuldarlıq rekordu yenilənib
- 15.10.2026 [10:24]
Azərbaycanın qadın güləşçisi U-23 dünya çempionatının finalına yüksəlib
- 15.10.2026 [10:20]
Türkiyə klubları avrokuboklarda növbəti oyunlarına çıxacaq
- 15.10.2026 [10:18]
Azərbaycan avarçəkənləri beynəlxalq yarışda 4 medal qazanıblar
- 15.10.2026 [10:06]