“Sahə” filmi Bakı ekranlarına çıxır
Bakı, 18 may (AZƏRTAC). Mayın 19-20-də rejissor İlqar Safatın “Sahə” bədii filmi “PARK CİNEMA” kinoteatrında nümayiş etdiriləcəkdir. Bunu AZƏRTAC-a “Nərimanfilm” kinostudiyasının mətbuat xidmətindən bildirmişlər.
“Nərimanfilm” (Azərbaycan), “Qruziyafilm” və “Baqirafilms” (Gürcüstan) kinostudiyalarının Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi, habelə “Paşabank”ın iştirakı ilə çəkdiyi “Sahə” bədii filmində tanınmış fotoqrafın uşaqlıq illərinə mistik səyahətindən söhbət açılır.
“Sahə” filmi Azərbaycan tərəfindən 2010-cu ildə “Oskar” mükafatına namizəd irəli sürülmüşdü.
Filmdə baş rollardan birinin ifaçısı Timur Oduşevə Hollivudun Gənc İstedadlarının 32-ci illik mükafatlandırılması mərasimində mükafat təqdim olunması filmə marağı daha da artırmışdır.
Filmdə baş rolları Zaza Bejaşvili (Gürcüstan), Merissa Papel (Fransa), Vaqif İbrahimoğlu (Azərbaycan) və Timur Oduşev (Azərbaycan) ifa etmişlər.
Filmin ssenari müəllifi İlqar Safatdır. Film haqqında daha ətraflı məlumatı www.theprecinct.az saytından öyrənmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [18:44]
Hacı İsmayılov: Şarovskinin özünəməxsus yeri var idi
- 09.09.2026 [18:29]
Loğman Kərimov: Aleksandr Şarovski bütün varlığı ilə teatra bağlı idi
- 09.09.2026 [18:00]
Bakıda Mərakeş İrsi Günləri keçiriləcək
- 09.09.2026 [17:29]
Elmira Axundova: Aleksandr Şarovski bütöv bir epoxa idi
- 09.09.2026 [16:05]
Xalq artisti Aleksandr Şarovski son mənzilə yola salınıb YENİLƏNİB
- 09.09.2026 [15:33]
Xurşidbanu Natəvan – qəlbinin səsini şeirə köçürən söz ustası
- 09.09.2026 [15:13]
Qırğız ədəbiyyatının dünyaşöhrətli siması - Çingiz Aytmatov
- 09.09.2026 [14:40]