Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sahib Paşazadə: Missiyamız muğam ənənələrini qorumaq və dünyaya tanıtmaqdır VİDEO

Sahib Paşazadə: Missiyamız muğam ənənələrini qorumaq və dünyaya tanıtmaqdır VİDEO

Bakı, 9 yanvar, Gülay Nəzərova, AZƏRTAC

Azərbaycan musiqi mədəniyyətinin ən dərin qatlarını təşkil edən muğamlarımız əsrlər boyu zamanın sınağından keçərək bu günə qədər gəlib çatıb. Bu qədim irsin yaşadılması, qorunması və dünyaya tanıdılması isə artıq ayrıca bir missiyaya çevrilib. Məhz bu missiyanı üzərinə götürən Beynəlxalq Muğam Mərkəzi (BMM) təkcə konsert məkanı deyil, muğamın elmi, yaradıcılıq və mədəni platforması kimi fəaliyyət göstərir.

AZƏRTAC-ın müxbiri ilə həmsöhbət olan Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist, tarzən, Özbəkistanın mədəniyyət elçisi Sahib Paşazadə muğam sənətinin müasir dövrdə inkişaf istiqamətləri və mərkəzin həyata keçirdiyi layihələr barədə danışıb.

Direktor bildirib ki, muğam sənətimiz bu gün dünyanın müxtəlif ölkələrində tanınır və böyük rəğbətlə qarşılanır. Bu ali musiqi irsinin beynəlxalq miqyasda təbliği və sevilməsi, şübhəsiz ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın muğam sənətinə göstərdiyi ardıcıl diqqət və qayğının nəticəsidir. Məhz bu dövlət dəstəyi sayəsində muğam ənənələri qorunur, inkişaf etdirilir və gələcək nəsillərə layiqincə ötürülür.

O vurğulayıb ki, 2025-ci il Beynəlxalq Muğam Mərkəzinin fəaliyyəti baxımından olduqca məhsuldar olub. İl ərzində Azərbaycan musiqisi, mədəniyyəti və incəsənətində silinməz iz qoymuş, öz məktəbini yaratmış bir çox görkəmli sənət xadimlərinin yubileyləri qeyd edilib, eyni zamanda, muğam sənətinə həsr olunan çoxsaylı layihələr uğurla həyata keçirilib. Xüsusilə “Azərbaycan muğamı” layihəsi çərçivəsində Beynəlxalq Muğam Mərkəzində muğam axşamları, dəsgahları, təqdimatları və söhbətləri təşkil olunub. Bu tədbirlərdə muğamın tarixi, bu günü və gələcəyi, eləcə də nəsildən-nəslə ötürülməsi məsələləri ətrafında müzakirələr aparılıb.

Sahib Paşazadənin sözlərinə görə, il ərzində kifayət qədər az ifa olunan muğamların təqdimatına da xüsusi diqqət yetirilib. “Bayatı-Qacar”, “Dügah”, “Nəva”, “Rəhab” və digər muğamlar xanəndə, vokal-instrumental və instrumental formatda dinləyicilərə təqdim olunub. Eyni zamanda, bir sıra yubiley tədbirləri həyata keçirilib. Muğam ifaçıları ilə yanaşı, müxtəlif musiqi janrlarının nümayəndələri, pianoçular, eləcə də şair və nasirlər öz yaradıcılıq gecələri, kitab və film təqdimatları üçün məhz Beynəlxalq Muğam Mərkəzini seçirlər. Bu isə mərkəzin təkcə muğam deyil, ümumilikdə milli mədəniyyətin önəmli platformasına çevrildiyini göstərir. Bu uğurların əldə olunmasında Beynəlxalq Muğam Mərkəzinin kollektivi və əməkdaşlarının əməyi böyükdür. Genişmiqyaslı və ardıcıl şəkildə keçirilən tədbirlər mərkəzin fəaliyyətinin dinamik inkişaf etdiyini sübut edir. Həmçinin Beynəlxalq Muğam Mərkəzi beynəlxalq əməkdaşlıq əlaqələrini də uğurla genişləndirməkdədir. Son illərdə Özbəkistan Respublikası ilə bir sıra əməkdaşlıq memorandumları imzalanıb və bu layihələrdən bir neçəsi artıq uğurla reallaşıb.

O qeyd edib ki, hazırda Beynəlxalq Muğam Mərkəzinin nəzdində 2 kollektiv və Mərkəzin solistlərindən ibarət heyət fəaliyyət göstərir. Bunlar Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri, Cahangir Cahangirov adına Xor Kollektivi, eləcə də tanınmış xanəndə və instrumental ifaçılardan ibarət solistlər heyətidir. Hər üç kollektiv dövlət əhəmiyyətli tədbirlərdə fəal iştirak edir, həm respublikamız daxilində, həm də ölkəmizdən kənarda muğam sənətimizi və milli musiqimizi layiqincə təmsil edir.

“2026-cı il üçün də planlarımız kifayət qədər genişdir. Növbəti aylarda Xalq şairi Səməd Vurğunun 120 illiyinə, Xalq artisti Əlibaba Məmmədov və Əməkdar artist, görkəmli tarzən Sərvər İbrahimova həsr olunmuş tədbirlər keçiriləcək. Bununla yanaşı, yenidən silsilə şəklində aşıq sənətinə həsr olunmuş konsertlərin təşkili də nəzərdə tutulub. Bu proqramlar çərçivəsində dastanlar, qədim saz və aşıq havaları təqdim olunacaq. Eyni zamanda, Beynəlxalq Muğam Mərkəzinin nəzdində Cahangir Cahangirov adına Xor Kollektivinin yaranmasının 90 illik yubileyinin qeyd olunması ilə bağlı bu il üçün artıq silsilə tədbirlər planlaşdırılıb. Bu çərçivədə hər ay ən azı bir, bəzən isə bir neçə konseptual proqramın həm xorun, həm də orkestrin ifasında təqdim edilməsi nəzərdə tutulur. Yubiley tədbirləri təkcə paytaxtla məhdudlaşmayacaq, eyni zamanda, Azərbaycanın müxtəlif bölgələrində də keçiriləcək. Xüsusilə gənc ifaçılara böyük önəm veririk. Gənc muğam ifaçılarının, tar, kamança, digər instrumental alətlər üzrə ifaçıların, eləcə də klassik alətlərdə ifa edən gənclərin konsertləri mütəmadi şəkildə təşkil olunur. Çünki gənclər bizim gələcəyimizdir və onların inkişafı əsas prioritetlərimizdəndir”, – deyə Sahib Paşazadə diqqətə çatdırıb.

“Beynəlxalq Muğam Mərkəzinin muzey hissəsi yaxın aylarda turistlər üçün açıq elan ediləcək. Muzey bölməsində yerləşdirilən görkəmli muğam ustadlarının büstləri haqqında məlumatlar üç dildə - Azərbaycan, rus və ingilis dillərində ziyarətçilərə təqdim olunacaq. Eyni zamanda, burada Azərbaycan musiqi irsini əks etdirən qədim musiqi alətləri nümayiş etdirilir ki, onların tarixi, xüsusiyyətləri barədə ətraflı məlumatlar ziyarətçilər üçün əlçatan olacaq. Əslində, neçə illərdir bu guşə BMM-də yaradılıb. Sadəcə, daha əlçatan və turistlərə açıq olması üçün yaxın zamanlarda muzey kimi fəaliyyətə başlayacaq. Gələcəkdə də bu istiqamətdə layihələrə davam edərək muğam sənətinin zəngin ənənələrini qorumağı, onu müasir təqdimat formaları ilə gənc nəslə daha yaxın etməyi, gənc istedadların üzə çıxarılmasına və peşəkar inkişafına dəstək göstərməyi əsas məqsədlərimizdən biri hesab edirik. Bu layihələr vasitəsilə muğamın həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə tanıdılması və sevilməsi üçün ardıcıl addımlar atılacaq”, - deyə S.Paşazadə deyib. 

Sahib Paşazadə: Missiyamız muğam ənənələrini qorumaq və dünyaya tanıtmaqdır VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İranın diplomatiyaya açıq olduğunu elan etməsindən sonra neft qiymətləri azalıb

Zelenski: Bizim bu qışı Rusiya üçün ağrılı etməkdən başqa çarəmiz yoxdur

Avropa İttifaqı İrana çağırış edib

Ərdoğan: Bakı-Tbilisi-Ceyhandan tutmuş TANAP-a qədər, Türkiyə fasiləsiz enerji axınının ən etibarlı dəhlizidir

Britaniya ordusu müdafiə məqsədilə digər ölkələrin peyk siqnallarını əngəlləyir

Çin Sədrinin ABŞ-yə dövlət səfəri başlayıb

Səməd Ağırbaş: COP31 iqlim öhdəliklərini real investisiya imkanlarına çevirməlidir

“Euronews” Azərbaycan musiqi irsi ilə bağlı videosüjet hazırlayıb

Anaklaudia Rossbax: İki milyard insanın mənzil ehtiyacları üçün dayanıqlı maliyyə sistemi qurulmalıdır

Qusarda leysan və sel sularından zərər çəkən 4 fərdi yaşayış evi yenidən tikilir

Dosent: “Koroğlu” motivinin Qaşqay mühitində yaşaması ümumtürk epik yaddaşının göstəricilərindəndir

SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib

Tatyana Molçan: Ukraynadakı müharibə Avropanın və dünyanın iqtisadi mənzərəsini yenidən formalaşdırır

Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb

Tedros Adhanom Qebreyesus: Ortaq zəifliklər bölünmə deyil, həmrəylik mənbəyinə çevrilməlidir

Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir

Lavrov və Rubio Cənubi Qafqazdakı vəziyyət, Rusiya-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparıblar

Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib

Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub

Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub

Tacikistan millisinin baş məşqçisi: Azərbaycan yığması keyfiyyətli komandadır

"Neftçi" basketbol klubu Avropa Kubokuna qələbə ilə başlayıb

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib

Türkiyənin FATF-in “boz siyahı”sına daxil edilmək riskinin olmadığı açıqlanıb

Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyununda qalib gəlib

Yəməndə köçkünlərin sayı 230 minə çata bilər

ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır

Azərbaycan səfiri etimadnaməsinin surətini Polşa Xarici İşlər Nazirliyinin Dövlət katibinə təqdim edib

Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var

Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır

Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik

Almaniya hökuməti sosial ödənişlərdən sui-istifadəyə qarşı mübarizəni gücləndirir

Qazaxda açıq ərazidə yanğın olub

Məsud Pezeşkian: Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik

Bakıda Çin Xalq Respublikasının yaradılmasının 77-ci ildönümünə həsr edilmiş rəsmi qəbul olub

Azərbaycanın və Fransanın xarici işlər nazirləri qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar

Azərbaycan və Belarus konsulluq əməkdaşlığı üzrə memorandum imzalayıb

Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd olunub

Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur

Milli Məclisin sədri Birləşmiş Krallığın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksək Səviyyəli Görüşü keçirilir

Çinin iri şirkətləri ilə Azərbaycan arasında 50-yə yaxın birgə layihə həyata keçirilir

Almaniyanın Azərbaycandakı səfiri Milli Məclisdə olub

Azərbaycan və BQXK arasında əməkdaşlıq məsələləri diqqət mərkəzində olub

Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Fransa Martin Ryanın əfv edilməsini məmnunluqla qarşılayıb

Böyük Britaniyaya artan borclanma xərcləri və zəif iqtisadi artımla bağlı xəbərdarlıq edilib

Berlin Olimpiya Oyunlarına ev sahibliyinə namizədliyini geri götürür

Azərbaycan-Çin ticarət dövriyyəsi 2026-cı ilin ilk 7 ayında 2,6 milyard dollara çatıb

Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq

Baş nazirin müavini: Ötən il Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 42 faiz artıb

Təhminə Bədəlova: Nizami Gəncəvi orta əsrlərdə qadının cəmiyyətdəki rolunu yüksək qiymətləndirib

Diplomat: Qarşılıqlı vizasız rejim Azərbaycan-Çin humanitar əlaqələrini intensivləşdirir

Səfir: Çinlə Azərbaycan Günəş və külək enerjisi sahəsində əməkdaşlığı genişləndirir

Dilçilik İnstitutunda I Bakı Türkoloji Qurultayına həsr edilmiş yeni kitab təqdim olunub

Lu Mey: Çin-Azərbaycan əməkdaşlığında Orta Dəhlizin əhəmiyyəti artır

Süni intellektdən təhsildə istifadənin müəyyən riskləri var – tədqiqat

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Diplomat: Çin ilə Azərbaycanın ticarət və investisiya həcminin rekord göstəricilərə çatacağı gözlənilir

Səfir: Çin qlobal iqtisadiyyatın əsas mühərriki olaraq qalır

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Metallurgiya sənayesinin inkişafı ölkə iqtisadiyyatının digər istiqamətləri üçün də mühüm əhəmiyyət daşıyır - ŞƏRH

Tarixçi-alim: Gəncəsər katolikosluğunun ləğvi Cənubi Qafqazda erməniləşdirmə planının tərkib hissəsi idi

Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində keçiriləcək konfransa tezis qəbulu başlayıb

Mərkəzi Bank rəsmisi Almatıda sığorta sektorunda prudensial tənzimləmənin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasından danışıb

Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib

Rəqəmsal folklor folklorşünaslığın metodoloji sərhədlərini genişləndirir

Qapalı yerdəki havanın keyfiyyətini yaxşılaşdırmaq üçün effektiv vasitənin sınağı aparılıb

Azərbaycanda mis konsentratı istehsalı 5,5 dəfə, ixracı isə 14 faizədək artıb – QRAFİK

Professor: Filizçay filizinin emalı üzrə tədqiqatlarımız “AzerGold”un işlərinə fayda verə bilər

Azərbaycan ilə Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr qurulur

SOCGOV 2026 - Sosial xidmətlərin gələcəyi Xankəndidə müzakirə olunacaq

İqlimşünaslar Qlobal Cənub ölkələri üçün anomal istilərin yaratdığı risklər barədə xəbərdarlıq ediblər

Azərbaycanın heyvan xəstəliklərindən azad statusunun qorunması qabaqcıl təcrübə kimi təqdim olunub

Fidan Hacıyeva: Üzeyir Hacıbəyli yaradıcılığı milli musiqimizin əvəzsiz xəzinəsidir

“.az” domenlərinə qarşı “defacement” hücumları qeydə alınıb

® “Unibank” sahibkarlar üçün Yaşıl kredit təqdim edir: illik faiz 12 faizdən başlayır

Milli Kibertəhlükəsizlik Agentliyi “Global Anti-Scam Alliance”a üzv olub

Milli Azərbaycan Tarixi Muzeyində qorunan qalxan - döyüş məqsədli silah, yoxsa saray bəzəyi?

Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib

Azərbaycan Şanxayda keçirilən “WorldSkills” yarışlarında təmsil olunur

Azərbaycan nümayəndələri İspaniyada rəqabət hüququ sahəsində beynəlxalq təcrübə ilə tanış olublar

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 12 yanvar tarixli 1717050000001700 nömrəli Qərarı ilə təsdiq edilmiş “Maliyyə institutları tərəfindən məlumat verilməli hesablar barədə hesabat”ın tərtib edilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Geoloq: Müasir peyk texnologiyaları və süni intellekt yeni faydalı qazıntı yataqlarının axtarışında mühüm imkanlar yaradır

“Araz-Naxçıvan”ın ukraynalı baş məşqçisi: İlk tapşırığımız turnir cədvəlində üst sıralara yüksəlməkdir

Avropada qazın qiyməti son üç həftənin ən aşağı səviyyəsinə enib

“İRS” beynəlxalq jurnalının özbək dilində ilk nömrəsi nəşr olunub

“Gələn kimi səni qucaqlayıb bir saat öpəcəyəm...”: Səməd Vurğunun son məktubu

Hasilatdan emala keçid: regionlarda yeni iqtisadi ekosistemlər yaranacaq ŞƏRH

Süni intellekt, akademiya və startap: Londonda çalışan azərbaycanlı tədqiqatçı ilə MÜSAHİBƏ

Əfv sərəncamının icrası təmin edilib – YENİLƏNİB VİDEO

Əfv sərəncamının icrası təmin edilib – YENİLƏNİB VİDEO

Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur