Sahibə Qafarova: Sülh sazişinin paraflanması Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulması istiqamətində tarixi addımdır
Bakı, 20 oktyabr, AZƏRTAC
Bu ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistanın Birgə Bəyannamə imzalaması və sülh sazişini paraflaması onilliklərlə davam edən Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulması istiqamətində tarixi addımdır.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 20-də İsveçrənin Cenevrə şəhərində Parlamentlərarası İttifaqın 151-ci Assambleyasında çıxışı zamanı söyləyib.
Sahibə Qafarova bu əlamətdar hadisənin Cənubi Qafqazda daimi sülh, sabitlik və davamlı inkişafın yeni səhifəsini açacağına ümidvar olduğunu bildirərək deyib: “Bu isə hətta uzun müddətdir davam edən münaqişələrin də dialoq və siyasi iradə yolu ilə həll oluna biləcəyinə dair əminlik yaradır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.08.2026 [16:33]
Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri
- 09.08.2026 [14:45]
Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur
- 08.08.2026 [23:48]
Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir
- 08.08.2026 [21:54]