SAHİBKARLARLA GÖRÜŞ KEÇİRİLMİŞDİR
Mingəçevir Şəhər İcra Hakimiyyətində sahibkarlarla görüş keçirilmişdir. AZƏRTAC-ın müxbiri xəbər verir ki, görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin Bakı Biznes Mərkəzinin açılış mərasimində nitqindən irəli gələn vəzifələr, sahibkarlığın inkişafına mane olan əngəllər, süni maneələr və onların aradan qaldırılması yolları müzakirə edilmişdir.
Vergi, bank, statistika, özəlləşdirmə təşkilatları rəhbərlərinin məlumatları dinlənilmiş, azad bazar iqtisadiyyatının inkişafı, istehsal sahələrinin işə salınması, yeni iş yerlərinin yaradılması ilə bağlı konkret təkliflər səslənmişdir. Belə görüşlərin hər rübdə bir dəfə keçirilməsi qərara alınmışdır.