Sahibkarlığın İnkişafı Fondu “İstanbul NS” Klinikasına güzəştli kredit ayırıb
Bakı, 27 dekabr, AZƏRTAC
“İstanbul NS” Klinikası tibb fəaliyyətinin genişləndirilməsi üçün Sahibkarlığın İnkişafı Fondundan 150 min manat güzəştli kredit əldə edib.
Bu barədə AZƏRTAC-a Sahibkarlığın İnkişafı Fondundan bildirilib.
Layihənin maliyyələşdirilməsi “YapıKredi Bank Azərbaycan” QSC vasitəsilə həyata keçirilib.