Şahin Növrəsli: İkinci Bakı Beynəlxalq Piano Festivalında 11 ölkədən tanınmış musiqiçilər iştirak edəcək
Bakı, 14 iyun, Emil Məlikov, AZƏRTAC
Bu cür layihələr dünyanın hər yerində keçirilir. Bu səbəbdən mən belə layihəni Vətənimizdə həyata keçirmək qərarına gəldim və ilk dəfə bu festivalı biz keçən il təşkil etdik. Məhz piano festivalının keçirilməsi barədə qərar əsassız deyildi, çünki pianoda müxtəlif janrda musiqilər ifa etmək mümkündür.
AZƏRTAC xəbər verir ki, bu barədə festivalın təsisçisi və direktoru, Əməkdar artist Şahin Növrəsli İkinci Bakı Beynəlxalq Piano Festivalına həsr olunan mətbuat konfransında deyib.
Festivalda 11 ölkədən - Azərbaycan, Fransa, İspaniya, Braziliya, Avstriya, Türkiyə, Kanada, Latviya, Macarıstan, Norveç və Almaniyadan tanınmış musiqiçilərin iştirak edəcəyini bildirən Əməkdar artist qeyd edib ki, festival günlərində paytaxtın musiqi salonlarında çoxsaylı konsertlərin keçirilməsi nəzərdə tutulur. Konsertlərdə caz, flamenko, tanqo, klassik və s. musiqilər ifa olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:05]
“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə
- 30.09.2026 [18:41]
Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək
- 30.09.2026 [18:06]
Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO
- 30.09.2026 [18:03]
“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”
- 30.09.2026 [17:23]