ŞAHMAT ÜZRƏ RESPUBLİKA ÇEMPİONATININ QALİBLƏRİ MÜƏYYƏN OLMUŞDUR
Bakı, 23 yanvar (AZƏRTAC). Şahmat Federasiyasında kişi və qadın şahmatçılar arasında keçirilən respublika çempionatı başa çatmışdır.
Bu münasibətlə keçirilən mərasimdə bildirilmişdir ki, kişilərin turnirində Rəşad Babayev, qadınların mübarizəsində isə Gülnar Məmmədova respublika çempionu adına layiq görülmüşlər.
Tədbirdə çıxış edən Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov qalibləri təbrik etmiş, Avropa çempionatına vəsiqə qazanmış idmançılara uğurlar diləmişdir. Federasiya rəhbərliyinin bundan sonra da şahmatçılara lazımi şərait yaradacağını vurğulayan M.Məmmədov, növbəti illərdə keçiriləcək yarışların daha yüksək səviyyədə təşkil olunacağını bildirmişdir.
Sonra çempionatda yüksək yerlər tutmuş şahmatçılara medal, diplom və pul mükafatları təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [23:40]
“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər
- 13.10.2026 [23:19]
Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi
- 13.10.2026 [22:52]
“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib
- 13.10.2026 [21:21]
Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub
- 13.10.2026 [19:40]
Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb
- 13.10.2026 [19:01]
Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib
- 13.10.2026 [17:29]