Sakit Məmmədov: Tahir Salahov həm yaşadı, həm də yaratdı
Bakı, 24 may, AZƏRTAC
Tahir Salahovda həyata olan sevgini heç kimdə görməmişəm. Onun ölümü mənim üçün çox ağırdır. Həmişə deyirdi ki, yaşamaq və yaratmaq lazımdır. O, həm yaşadı, həm də yaratdı.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xalq rəssamı Sakit Məmmədov deyib.
Moskvada, dünyanın bir çox yerlərində bir yerdə festivallara qatıldıqlarını söyləyən Sakit Məmmədov vurğulayıb ki, Tahir Salahov deyəndə Azərbaycan rəssamlığının kralı göz qabağına gəlir: “Bu, Azərbaycan rəssamlığının böyüklüyünü göstərir. Tahir Salahovun çox böyük rəngli dünyası var idi. O, Abşeron qadınlarının obrazlarını yaradıb bütün dünyaya göstərdi, neftçiləri, əli qabarlı fəhlələri sevə-sevə Neft Daşlarına gedərək çəkmişdi. Harada olursa olsun, alicənablığından qalmırdı. İnsanların içində həmişə seçilirdi”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [16:26]
Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb
- 12.10.2026 [16:23]
Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram
- 12.10.2026 [16:10]
Gənc Tamaşaçılar Teatrında yeni premyera: “Qodo həsrətində”
- 12.10.2026 [15:40]
Sumqayıt Teatrında “Sürgün sevgi” tamaşasının premyerası olacaq
- 12.10.2026 [15:05]
Azərbaycan şairlərinin şeirləri xarici mətbuatda
- 12.10.2026 [14:32]
Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə
- 12.10.2026 [14:22]