SALYANDA İLK 9 MƏRTƏBƏLİ BİNA TİKİLİR
Salyan Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, yerli sahibkarın rayon mərkəzində tikdirdiyi 9 mərtəbəli yaşayış binasının inşası xeyli sürətlənmişdir. Bu, nəinki Salyanda, həm də Muğan bölgəsində inşa edilən ilk 9 mərtəbəli binadır. Bina gələn il təhvil veriləcəkdir.
Tikintidə 120 yerli sakin işləyir.