SALYANDA MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
Kənd təsərrüfatı naziri İrşad Əliyev Salyanda zona müşavirəsi keçirmişdir. Əli Bayramlı şəhəri, Neftçala, Sabirabad, Saatlı, Hacıqabul və Biləsuvar rayonları rəhbər işçilərinin, kənd təsərrüfatı mütəxəssisləri, fermerləri və iş adamlarının iştirak etdiyi müşavirədə kənd təsərrüfatı işlərinin vəziyyəti, qarşıda duran vəzifələrin həlli yolları işgüzarcasına müzakirə olunmuşdur. Müşavirə iştrakçıları özlərinin və təmsil etdikləri kollektivlərin siyasi iradəsini də ifadə edərək, qarşıdakı prezident seçkilərində cənab Heydər Əliyevə heç bir alternativ görmədiklərini və yalnız onun namizədliyinə səs verəcəklərini bildirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:19]
Sumqayıt istehsal edir, Qarabağ yenidən qurulur
- 23.09.2026 [13:11]