Salyanda yaşayış binasında partlayış baş verib, xəsarət alan var
Bakı, 25 aprel, AZƏRTAC
Salyan rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 60 kvadratmetr olan üçotaqlı mənzildə yanğınla nəticələnən partlayış baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, yanğın nəticəsində mənzilin 1 otağı və içərisinə yığılan ev əşyaları 20 kvadratmetr sahədə yanıb. Partlayış dalğasının təsirindən mənzilin 2 ədəd pəncərə çərçivəsi yerindən çıxıb. Hadisə zamanı 1 nəfər xəsarət alıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]