SALYANDA YENİYETMƏLƏR ARASINDA FUTBOL TURNİRİ KEÇİRİLƏCƏKDİR
Bakı, 9 iyul (AZƏRTAC). İyulun 12-də Salyan rayonun Qaraçala qəsəbəsində yeniyetmələrdən ibarət komandaların iştirakı ilə futbol turniri keçiriləcəkdir.
Yarış Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı” na müvafiq olaraq Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) İctimai Birliyi və AFFA-nın Regional Futbol Federasiyası (RGF) tərəfindən keçirilir.
Turnirin açılışında RGF-nın rəhbərliyi və “Neftçi” veteran klubunun üzvləri, o cümlədən futbol veteranları İsgəndər Cavadov, Maşallah Əhmədov və digərləri iştirak edəcəklər.
Fərqlənən oyunçular və qalib komanda diplom, fəxri fərman və qiymətli hədiyyələr ilə təltif olunacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]