Salyanda zəncirvarı yol nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb
Salyan, 23 mart, Mahir Babayev, AZƏRTAC
Salyan rayonunda bir nəfərin ölümü ilə nəticələnən zəncirvarı yol nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Ələt-Astara yolunun rayonun Yenikənd kəndindən keçən hissəsində qeydə alınıb. “Pikap” tipli avtomobil “Azsamand”la, sonra isə digər avtomobillə toqquşub. Qəza nəticəsində Lənkəran şəhər sakini, 1966-cı il təvəllüdlü Əsədov Yunsur İnsaf oğlu ölüb.
Faktla bağlı araşdırma aparılır.