Şamaxıda sərbəst güləş üzrə yeniyetmələr arasında V açıq respublika turniri başa çatıb
Şamaxı, 30 sentyabr, AZƏRTAC
Şamaxıda Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Oleq Krapivinin xatirəsinə keçirilən 2003-2004-cü il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə V açıq respublika turnirinə sentyabrın 30-da yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Şamaxı Olimpiya İdman Kompleksində keçirilən yarışın ikinci günündə 10 çəki dərəcəsində qaliblər müəyyənləşib.
Fəxri kürsüdə yer alan idmançılara Azərbaycan Güləş Federasiyasının diplom, medal, kubok və hədiyyələri təqdim olunub.
Bağlanış mərasimində Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Ədalətli Oyunlar Komitəsinin sədri Xəzər İsayev Azərbaycanda idmanın inkişafındakı xidmətlərinə görə Oleq Krapivinə mükafat təqdim edib.