Şamaxının cənub ərazilərində taxıl biçini başa çatıb
Şamaxı, 3 iyul, AZƏRTAC
Şamaxı rayonunda builki mövsümdə 20 min 641,6 hektar sahədə taxıl biçiləcək və artıq cənub ərazilərdə, o cümlədən Ovculu, Hacıqədirli, Bağırlı, Mərzəndiyyə, Məlikçobanlı, Dağ Bağırlı və Sabir qəsəbəsində biçin başa çatıb.
Rayon Statistika İdarəsindən bu barədə AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, hazırda mühüm strateji məhsul olan taxıl yığımı şimal ərazilərində davam edir. Bölgədə əkin sahələrinin 13 min 657,8 hektarı buğda, 6 min 610 hektarı isə arpadır. Hələlik zəmilərdən 13 min 976,6 ton məhsul götürülüb ki, bunun 7680,1 tonu buğda, 6296,5 tonu arpadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [11:52]
Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu
- 07.10.2026 [10:44]
Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO
- 07.10.2026 [10:16]
Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib VİDEO
- 07.10.2026 [09:11]