SAMBO ÜZRƏ AZƏRBAYCAN KUBOKUNDA YENİYETMƏ VƏ GƏNCLƏR ARASINDA QALİBLƏR MÜƏYYƏNLƏŞMİŞDİR
Bakı, 11 iyul (AZƏRTAC). Bakı Olimpiya İdman Kompleksində keçirilən sambo üzrə Azərbaycan kuboku yarışlarında yeniyetmə və gənc idmançılar arasında qaliblər müəyyənləşmişdir.
Turnirdə 10 çəki dərəcəsi üzrə 35 komanda və 22 rayondan 172 yeniyetmə, gənclər və kişilər iştirak etmişlər.
Yeniyetmələrin yarışında ən yaxşı nəticəni Ələkbər Quliyev (48 kq), İlqar Həşimov (52 kq), Fərid Mikayılov (56 kq), Emin Qurbanov (60 kq), Səfər Aşumov (65 kq), Zülfüqar Quliyev (70 kq), Həmid Əliyev (75 kq), Hikmət Alışov (81 kq), Azər Ağayev (87 kq) və Elvin Ramazanov (87 kq-dan yuxarı) göstərmişlər.
Gənclərin mübarizəsində isə Xalıqverdi Gülüşov (48 kq), Fərid Yusifov (52 kq), Vüqar Məmmədov (57 kq), Yaşar Abbasov (62 kq), İsmayıl Hüseynov (68 kq), Ziya Namazov (74 kq), Elvin Ramazanov (82 kq), Məhərrəm Zeynalov (90 kq), Həsən Əhmədov (100 kq) və Sərram Əmiraslanov (100 kq-dan yuxarı) fərqlənmişlər.
Hakimlər kollegiyasının sədri, əməkdar məşqçi Ramil Mahmudovun rəhbərlik etdiyi turnirə iyulun 12-də yekun vurulacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]