“Samsung” dünya smartfon bazarında liderliyə yüksəlib
Bakı, 15 aprel, AZƏRTAC
Bazar tədqiqatçılarının hesablamalarına görə, “Samsung” dünya smartfon bazarında “Apple” şirkətini qabaqlayaraq liderliyə yüksəlib.
AZƏRTAC “The Eonomic” saytına istinadla xəbər verir ki, dünyada satılan cihazların təqribən 21 faizi Cənubi Koreya şirkətinin payına düşüb. “Apple”-in “iPhone” platforması isə 17,3 faiz bazar payına sahibdir. Ən böyük artım tempi Afrikada fəaliyyət göstərən “Transsion” Çin provayderi tərəfindən qeydə alınıb. O, satışları 85 faizədək artıraraq dördüncü yerə yüksəlib.
Üçüncü yerdə 14 faiz artımla “Xiaomi” qərarlaşıb. Beşinci yeri 8,5 faizlə digər Çin brendi “Oppo” tutub. Beləliklə, qlobal smartfon bazarındakı ilk beşliyə Çinin üç şirkəti daxil olub.
Ümumilikdə, uzun müddət zəifləmədən sonra smartfon bazarı yenidən 7,8 faiz artaraq 289,4 milyon cihaza çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]