Samux rayonunda Xocalı soyqırımının ildönümünə həsr edilmiş “dəyirmi masa” keçirilmişdir
Samux, 24 fevral (AZƏRTAC) Samux Rayon İcra Hakimiyyətində Xocalı faciəsinin 20-ci ildönümünə həsr edilmiş “dəyirmi masa” keçirilmişdir.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev çıxış edərək o qanlı gecənin dəhşətlərini bir daha yada salmış, erməni işğalçılarının törətdikləri vəhşilikləri iştirakçıların diqqətinə çatdırmışdır. Bildirmişdir ki, 1988-ci ildən başlamış Ermənistan-Azərbaycan müharibəsi tarixində ən dəhşətli hadisələrdən biri Xocalıda törədilmiş soyqırımıdır. Bu hadisənin XX əsrin ən qəddar faciələrindən biri olduğunu qeyd edən natiq demişdir ki, bu qırğın 200 ilə yaxın bir müddətdə erməni şovinist millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı, ən qanlı səhifəsidir. Miqyasına və dəhşətlərinə görə dünya tarixində bənzəri az olan Xocalı soyqırımını törətməkdə ermənilərin əsas məqsədi Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Lakin mənfur düşmən Xocalıda çoxsaylı qan töksə də arzu və niyyətinə çata bilmədi.
“Dəyirmi masa”da ziyalılar və ağsaqqallar çıxış edərək dünya birliyi ölkələrinin ünvanlarına tənqidi fikirlər söyləmiş, tarixin ən dəhşətli faciəsi olan Xocalı soyqırımına hüquqi qiymət verilməsini tələb etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]