REGİONLAR
Samuxda 3000 ədəd Eldar şamı, Xan çinarı və sərv ağacı əkilib
Samux, 24 dekabr, Elcan Məmmədov, AZƏRTAC
Samux rayonunda növbəti ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Samux Rayon İcra Hakimiyyətinin və YAP Samux rayon təşkilatının birgə təşkil etdiyi, rayonun bütün yaşayış məntəqələrini əhatə edən ağacəkmə aksiyasında icra hakimiyyətinin rəhbərliyi və əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilatların işçiləri, gənclər, yerli sakinlər tərəfindən yerli iqlim şəraitinə uyğun olan 3000 ədəd Eldar şamı, Xan çinarı və sərv ağacı, oleandr və gül kolları əkilib.
Qeyd edək ki, əkilən ağacların suvarılması üçün müasir damcılı suvarma sistemi çəkilib.