Samuxda və Daşkəsəndə yaşayış yerini tərk edən koronavirus xəstələri saxlanılıb
Bakı, 15 dekabr, AZƏRTAC
Samuxda və Daşkəsəndə yaşayış yerini tərk edən koronavirus xəstələri məsuliyyətə cəlb edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Samux Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları İmamzadə-Tatlı istiqamətində hərəkətdə olan “VAZ-2107” markalı avtomobili saxlayıblar. Yoxlama zamanı koronavirus xəstəsi olan Göyçay rayon sakini Vüsal Babayevin yaşayış yerini tərk edərək Samux rayonuna gəldiyi müəyyənləşdirilib. V.Babayevə hüquqi izah verilib və o, ev şəraitində müalicə olunması üçün yaşadığı ünvana geri qaytarılıb.
Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları da rayon ərazisində karantin rejimi ilə bağlı mütəmadi tədbirlər həyata keçirirlər. Növbəti belə tədbir zamanı aktiv koronavirus xəstəsi olan rayon sakinləri Pakizə Məmmədovanın və Azər Abdullayevin yaşadığı evi tərk etmələri aşkarlanıb. Onlar müvafiq tibbi prosedurlar gözlənilməklə evə göndəriliblər. Həmin şəxslərin barələrində rayon polis şöbəsində araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]