Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sankt-Peterburqda 28 May – Respublika günü təntənəli şəkildə qeyd olunub

Bakı, 29 may, AZƏRTAC

Sankt-Peterburqun müasir incəsənət muzeyi “Erarta”da 28 May - Respublika Günü münasibətilə Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğu tərəfindən təntənəli tədbir keçirilib.

Konsulluqdan AZƏRTAC-a bildirilib ki, tədbirdə Baş konsul Sultan Qasımov, Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti tərəfindən Azərbaycanla Sankt-Peterburq arasındakı Hökumətlərarası Komissiyasının həmsədri Elgiz Kaçayev, Leninqrad vilayəti hökuməti adından vitse-qubernator Sergey Perminov, MDB Parlament Assambleyasının baş katibinin müavini Aydın Cəfərov, həmçinin Sankt-Peterburq Hökumətinin Xarici Əlaqələr Komitəsinin nümayəndələri, Rusiya XİN-in Sankt-Peterburqdakı nümayəndəliyinin diplomatları, Sankt-Peterburqda akkreditə olunmuş Türkiyə və İsrail dövlətinin Baş konsulları, digər Baş konsulluqların rəhbərləri və diplomatları, Sankt-Peterburqun ali təhsil mərkəzlərinin, Universitetlərin rektorları və professorları, Sankt-Peterburqun aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri, “Komsomolskaya Pravda” Mediaholdinqinin baş direktoru Anna Upryamtseva-Alevtinskaya, “Rossiyskaya qazeta”nın baş redaktoru Anjelika Qurskaya, “Sankt-Peterburq” və “5 Kanal” televiziya kanallarının nümayəndələri, Rusiyanın tanınmış mədəniyyət və incəsənət xadimləri, tanınmış rusiyalı rəssam Mixayil Şemyakinin “Şemyakin Fondu”nun rəhbərliyi, Sankt-Peterburqdakı Azərbaycan diasporunun rəhbəri Vaqif Məmişev və diaspor təşkilatlarımızın fəalları, Rusiya Yazıçılar İttifaqının üzvü, mədəniyyətşünaslıq elmləri doktoru, professor Yuriy Pompeyev, general-leytenant Aleksandr Volox, Rusiyalı Azərbaycan Gənclər Təşkilatının (AMOR) Sankt-Peterburq üzrə regional bölməsinin fəalları və Sankt-Peterburqda təhsil alan gənclərimiz iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının və Rusiya Federasiyasının dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Baş konsul Sultan Qasımov 28 May - Respublika Gününün tarixi mahiyyəti barədə məlumat verərək Azərbaycan xalqının öz müstəqilliyini ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə dönüşü ilə əbədiləşdirdiyini vurğulayıb. Bildirib ki, məhz ülu öndər Heydər Əliyevin uzaqgörən siyasəti və yüksək idarəçilik qabiliyyəti ilə Azərbaycan Respublikası müstəqil dövlət kimi beynəlxalq arenada tanınıb. Diplomat bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlətin və xalqın azadlığı və rifahını naminə uğurlu siyasət apardığını xüsusi ilə vurğulayıb. Baş konsul qeyd edib ki, ölkə başçısının düşünülmüş, balanslı xarici və daxili siyasəti nəticəsində Azərbaycan beynəlxalq münasibətlərin müstəqil mövqeyə malik suveren üzvüdür. Bu gün Azərbaycan üzərində üçrəngli bayrağın dalğalanmasında ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin əməyi danılmazdır.

Tədbirdə çıxış edən Sankt-Peterburq Hökumətinin üzvü, Azərbaycanla Sankt-Peterburq arasında Hökumətlərarası Komissiyanın həmsədri Elgiz Kaçayev Azərbaycan Hökuməti ilə RF-nin Sankt-Peterburq Hökuməti arasındakı əlaqələrin yüksək müstəvisi barədə danışıb. O bildirib ki, Azərbaycanla Rusiya arasındakı tarixi əlaqələr dostluq və strateji tərəfdaşlıq prinsipləri üzərində qurulub. Azərbaycanla Rusiya bir çox sahədə, o cümlədən regionlararası səviyyədə uğurlu əməkdaşlıq edir. Sankt-Peterburq Hökumətinin üzvü Elgiz Kaçayev Sankt-Peterburqla Azərbaycan arasında iqtisadi və humanitar əlaqələrin möhkəmləndiyini və inkişaf etdiyini vurğulayıb. E.Kaçayev Azərbaycanla Sankt-Peterburq arasında ticari-iqtisadi əlaqələrin inkişaf etdirilməsi, turizmin inkişaf etdirilməsi, təhsil və səhiyyə, əmək miqrasiyasının tənzimlənməsi və s. sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivlərinin yüksək olduğunu qeyd edib. Gələcəkdə səmərəli əməkdaşlığın davam etdirilməsi, yeni hökumətlərarası layihələrin həyata keçirilməsi məqsədilə 2017-ci ilin aprel ayında Sankt-Peterburqda Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti arasında iqtisadi və humanitar əməkdaşlıq üzrə Komissiyanın ilk iclasının keçirildiyini və yekun protokolun imzalandığını bildirib. Sankt-Peterburq hökumətinin rəsmisi Azərbaycanla Sankt-Peterburq arasında səmərəli əməkdaşlığın inkişaf edəcəyinə, dostluq əlaqələrinin möhkəmlənəcəyindən əmin olduqlarını bildirib.

Leninqrad vilayətinin vitse-qubernatoru Sergey Perminov Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenkonun adından 28 May - Respublika Günü münasibətilə ünvanlanmış təbrik məktubunu Baş konsul Sultan Qasımova təqdim edib. Leninqrad vilayətinin vitse-qubernatoru Sergey Perminov Azərbaycan ilə Rusiya arasındakı tarixi dostluq münasibətlərinin əhəmiyyətini qeyd edərək Leninqrad vilayəti Hökumətinin Azərbaycan Respublikası Hökuməti ilə əlaqələrinin möhkəmləndirilməsində və əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb, regional səviyyədə zəngin əməkdaşlıq potensialının mövcud olduğunu qeyd edib. Tədbirin rəsmi hissəsindən sonra Sankt-Peterburqun məşhur “Mariinskiy” teatrının solisti, “Yelena Obraztsova Beynəlxalq Musiqi Akademiyası”nın tələbəsi, həmyerlimiz Elnarə Məmmədova müxtəlif operalardan ariyalar ifa etdi. Tədbirin davamında qonaqlara “Erarta” muzeyinin restoranında Baş konsuluq adından ziyafət verildi. Respublika günü münasibətilə keçirilmiş tədbirin yekununda qonaqlara Baş konsulluq adından “Baku” jurnalının son nömrələri, Azərbaycan məhsulu olan çay və şirniyyat bağlamaları hədiyyə edildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib

Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub

Laos və Kamboca ilə əlaqələrin inkişafı Azərbaycanın mövqelərini gücləndirir ŞƏRH

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ üçün siyasi və iqtisadi zəmin mövcuddur

OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb

ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər