SAVAŞ FİLMLƏRİNİN TƏSİRİ ALTINDA ÇİNLİ OĞLAN NƏNƏSİNİ, XALASINI VƏ QARDAŞINI ÖLDÜRMÜŞDÜR
Syaoxua adlı oğlan öz qohumlarının qətlində müxtəlif üsullardan istifadə etmişdir. Avqustun 24-də evdə olan Syaoxua iplə kiçik qardaşını boğmuş və xalasının evə qayıtmasını gözləməyə başlamışdır. Xalası evə qayıdanda oğlan mələfəni onun başına ataraq, mətbəxt bıçağı ilə 17 zərbə endirmişdir. Bu zaman nənə təsadüfən evə qayıtmışdır. Oğlan soyuqqanlıqla onu da bıçaqla öldürmüşdür. Sonra isə Syaoxua cinayətin izlərini itirmək üçün evi yandırmışdır.
Bir neçə gündən sonra oğlan polis tərəfindən tutulmuş və etiraf ifadəsi vermişdir. Polisdə bildirmişlər ki, qətlin səbəbi Syaoxuanın anasının tez-tez danladığı xalasına nifrət bəsləməsi olmuşdur.
Syaoxua bildirmişdir ki, qətl üsullarını sevdiyi teleseriallara və savaş filmlərinə baxarkən öyrənmişdir.
Hazırda yeniyetmə cinayətkar mühakimə olunacağını gözləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [14:28]
Birləşmiş Ştatların gündəlik neft hasilatı azalır
- 16.10.2026 [14:27]
ABŞ-nin neft ehtiyatları azalıb
- 16.10.2026 [13:43]
Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq
- 16.10.2026 [13:25]
Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı
- 16.10.2026 [12:38]
Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq
- 16.10.2026 [11:46]