Şavkat Mirziyoyev: Orta Dəhliz biznes dairələri üçün ən əlverişli şəraiti təmin etməlidir
Astana, 7 oktyabr, AZƏRTAC
Biz hamımız Türk dövlətləri arasında nəqliyyat sahəsində qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinin və beynəlxalq tranzit dəhlizlərinin inkişafı sahəsində əlaqələndirilmiş siyasətin aparılmasının zəruriliyini dərindən dərk edirik.
AZƏRTAC Özbəkistan Prezidentinin rəsmi saytına istinadla xəbər verir ki, bu barədə Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşündə bildirib.
Dövlət başçısı Orta Dəhlizin ardıcıl inkişafı ilə bağlı planları dəstəklədiyini bildirib. “Əsas odur ki, bu dəhliz rəqabətqabiliyyətli olsun. O, biznes dairələri üçün ən əlverişli şəraiti təmin etməlidir. Bu baxımdan, biz optimal tranzit tariflərinin tətbiqinə, müasir nəqliyyat infrastrukturunun inkişafı layihələrinin həyata keçirilməsinə, rəqəmsal gömrük prosedurlarının tətbiqinə böyük əhəmiyyət veririk”, - deyə Ş.Mirziyoyev bildirib.
Ş.Mirziyoyev vurğulayıb ki, Orta Dəhliz tikilməkdə olan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu və perspektivli Trans-Əfqan Dəhlizi ilə birləşdirildiyi təqdirdə, geniş regionda çoxsahəli strateji avtomobil yolları sistemi yaratmaq mümkün olacaq.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.08.2026 [16:33]
Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri
- 09.08.2026 [14:45]
Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur
- 08.08.2026 [23:48]
Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir
- 08.08.2026 [21:54]
Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi
Bu saata olan əsas xəbərlər
- [12:00]
Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib
- 09.08.2026 [22:39]
Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib
- 09.08.2026 [22:27]
Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar
- 09.08.2026 [22:00]
Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır
- 09.08.2026 [21:55]