Seçki məntəqələrində erməni jurnalistlərinin texniki vəsaitləri əllərindən alınmışdır
Bakı, 21 fevral (AZƏRTAC) Ermənistanda fəaliyyət göstərən bir neçə jurnalist təşkilatlarının nümayəndələri Helsinki Vətəndaş Assambleyasının Yerevandakı ofisinə toplaşaraq bəyanatla çıxış etmişlər.
“Armenia to day” saytının verdiyi məlumata görə jurnalistlər bildirmişlər ki, onlar fevralın 18-də keçirilmiş prezident seçkilərində prosesi izləyərkən çoxsaylı qanun pozuntularının şahidi olmuş və bunları fotoaparat və videokamera ilə çəkmişlər. Lakin bütün səsvermə məntəqələrinin qarşısında dayanmış naməlum şəxslər məntəqədən çıxan jurnalistlərin fotoaparatlarını və kameralarını əllərindən almışlar. Ermənistan üzrə 10-dan çox belə hadisənin baş verdiyini bildirən jurnalistlər Ermənistan hakimiyyətini azad sözə hörmətlə yanaşmağa və qanunsuz müsadirə olunan texniki vasitələri qaytarmağa çağırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.11.2026 [21:17]
Britaniyada miqrantların daimi yaşayış icazəsi qaydaları sərtləşdirilir
- 02.11.2026 [19:07]
Fransada etiraz dalğası genişlənir: ümummilli tətil və nümayişlər gözlənilir
- 02.11.2026 [19:03]